Gürcüstan 2018-ci ildə Rusiyadan qaz almayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Gürcüstanın iqtisadiyyat naziri Dmitri Kumsişvili növbəti il üçün təbii qaz balansını təsdiq edib. Belə ki, ölkəyə proqnozlaşdırılan qaz tədarükü 2,689 milyard kubmetr təşkil edəcək.
Gürcüstan bu həcmin 99,65%-ni Azərbaycandan, o cümlədən onun 1,866 mlrd. kubmetrini SOCAR-dan, 813 milyon kubmetrini isə "Şahdəniz" yatağından alacaq. Yerdə qalan 0,35% (9,41 mln. kubmetr) yerli hasilat hesabına ödəniləcək.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB