Bakıda “Sədid sənaye qrupu”nun təqdimatı olub

Bakıda “Sədid sənaye qrupu”nun təqdimatı olub

Bu gün "Park İnn" hotelində İranın "Sədid sənaye qrupu"nun təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə azərbaycanlı iş adamları ilə yanaşı, Sənaye və Energetika Nazirliyinin və bir sıra şirkət nümayəndələri də iştirak ediblər.

Tədbirdə "Sədid sənaye qrupu"nun fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Daha sonra qrupun nümayəndəsi Vəliollah Mahabadi çıxış edərək holdinq haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib ki, "Sədid sənaye qrupu" alternativ enerji istehsalı sahəsində bir çox işlər görüb. Bu təcrübələrini də Azərbaycanla bölüşmək arzusundadırlar.

Daha sonra Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev çıxış edib. Onun sözlərinə görə, bu sahənin inkişafı məqsədilə Azərbaycan Respublikasında Alternativ Enerji Agentliyi yaradılıb: "Agentlik gələcəkdə Azərbaycanın enerji təminatı sahəsində bir çox layihələr həyata keçirməyi planlaşdırır".

Fəqan Əliyev onu da qeyd edib ki, "Sədid sənaye qrupu" bu sahədə yetərincə tanınmış şirkətdir və onların təcrübəsindən yararlanmaq məqsədə uyğundur".

Qeyd edək ki, "Sədid sənaye qrupu" yarım əsrlik keçmişi ilə mühəndislik, tikinti dizaynları işlərində İranda ən böyük, öndə gedən holdinqlərdən biridir. Holdinqin tərkibində 13 şirkət fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə