Bu sahənin inkişaf etdirilməsi üçün ötən il rayon ərazisində gül plantasiyasının salınması və yeni gül emalı zavodunun tikintisi məqsədi ilə 100 hektar torpaq ayrılıb.
SİA-nın məlumatına görə Zaqatalada “AzRose” MMC tərəfidən 64 hektarında Bolqarıstandan gətirilmiş 250 min ədəd “qızılgül” tingi əkilib.
Cari ilin birinci rübündə isə 500 min ədəd “lavanda” tinglərinin həmin ərazidə 25 hektar sahədə əkilməsi təmin edilib və damcılama suvarma sistemi quraşdırılıb.
Cari ilin payızında plantasiyada əlavə 68 hektar sahədə qızılgül, 10 hektar sahədə lavanda tingləri əkilməklə, mövcud gül plantasiyası ərazisinin 132 hektarını qızılgül, 35 hektarını isə lavanda təşkil edir.
“AzRose” MMC-nin sifarişi əsasında Aşağı Tala kəndi ərazisində ümumi sahəsi 1008 kvadratmetr olan istehsalat binası, 3 mərtəbəli inzibati bina, qazanxana və digər tikililər inşa edilib. Eləcə də 5 min ton tutumu olan su anbarı quraşdırılıb. Hazırda tikinti və abadlıq işləri davam etdirilir. Obyektdə 160 nəfərdən artıq rayon sakininin məşğulluğu təmin edilib.
“AzRose” gül yağı istehsal edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB