Lənkəranda yeni içməli su xətti istifadəyə verildi

Lənkəranda yeni içməli su xətti istifadəyə verildi

Dekabrın 22-də Lənkəran rayonunun Xolmili kəndində yeni içməli su xəttinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, təntənəli mərasimdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, “Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, tikinti təşkilatının təmsilçiləri, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən İcra başçısı Taleh Qaraşov cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə ölkənin sosial-iqtisadi inkişafı sahəsində görülən misilsiz işlər barədə ətraflı danışmış və bu istiqamətdə həyata keçirilən layihələrin Lənkəranda da uğurla həyata keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Natiq ölkə başçısının fəaliyyətinin əsasında Azərbaycan vətəndaşının, onun firəvan həyatının təmin olunmasının durduğunu bildirib.Genişmiqyaslı mədəni-quruculuq işlərinin, yaşayış məntəqələrinin kütləvi qazlaşdırılmasının, yeni asfalt yolların, körpülərin salınmasını, o cümlədən yeni istifadəyə verilən yüksək keyfiyyətli içməli su xəttinin çəkilişinin məhz bu amala xidmət etdiyini xüsusi vurğulayıb.

Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, Azərsu ASC-nin sədr müavini İlqar Tağıyev, kənd ziyalısı Qasım Əliyev çıxış edərək yeni içməli su xəttinin istifadəyə verilməsini kəndin sosial-mədəni həyatında mühüm hadisə kimi dəyərləndiriblər.

Sonda İcra başçısı və qonaqların xeyir-duası ilə yeni su xəttinin açılışı olub.

Mərasimdə kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevin ünvanına minnətdarlıq ifadə ediblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə