“Mərkəzi Bank bir rəqəmli infilyasiya hədəfləsə də uçot stavkasını 15 faiz olaraq saxlamaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, müqayisə üçün qeyd edək ki, uçot stavkası Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir. Bütövlükdə MDB-də yalnız Tacikstanda uçot stavkası bizdən 1 faiz çoxdur, digər bütün dövlətlərdə daha aşağı dərəcələr tətbiq edilir: “Depozit faizlərinin kəskin azaldığını, aşağı səviyyəli infilyasiyanın hədəfləndiyini, hətta depozit hərraclarında da faizin aşağı düşdüyünü nəzərə aldıqda Azərbaycan Mərkəzi Bankının yüksək stavkaya üstünlük verməsinin səbəblərini izah etmək çətindir. Əslində, baş bank konservativ bahalı siyasətdən daha yumşaq monetar siyasətə keçid etməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB