Dünya bazarında neftin qiyməti cari səviyyədən azalaraq 2018-ci ildə 55-60 dollar/barel diapazonunda dalğalanacaq. Qeyd edilir ki, Rusiyanın energetika naziri Aleksandr Novak Boliviyanın Santa-Kruz şəhərində 6 ölkənin iştirakı ilə keçirilən qeyri-rəsmi sammitdə 2017 və 2018-ci il üçün qiymət diapazonunu proqnozlaşdırdıqlarını deyib: "Dəqiq qiymət demək çətindir, lakin diapazonu proqnozlaşdırmaq olur. Proqnoza görə, neftin ucuzlaşması gözlənilir".
"Oxford Economics" araşdırma şirkətinin proqnozlarına görə, 2018-ci ildə "Brent" markalı neftin orta qiyməti 55 dollara qədər azalacaq. Bu, hasilatın və ehtiyatların artması ilə əlaqədardır.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB