"2018-ci ildə gəlirlərdə azalmalar yalnız iki mənbə üzrə nəzərdə tutulub"
"2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,1 milyard manat, xərcləri isə 20,9 milyard manat məbləğində müəyyən edilib, həmçinin mərkəzləşdirilmiş və yerli gəlirlərə aid edilən daxilolmalar göstərilib, layihənin 4-cü maddəsində isə 2018-ci il dövlət büdcəsinə vergi daxilolmalarının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanması əks edilib". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında 2018-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, mədaxil mənbələri üzrə gəlirlərin məbləğinin əks etdirilməsi ilə bağlı 16.1.3-cü maddəyə uyğun olaraq qanun layihəsinin 2-ci maddəsində mədaxil mənbələri üzrə gəlirlərin proqnozlaşdırılmış məbləği göstərilib: "Qeyd edim ki, növbəti ildə gəlirlərdə azalmalar yalnız iki mənbə üzrə nəzərdə tutulub, ən böyük artım Neft Fondundan daxilolmalara aid olmaqla digər mənbələr artımla proqnozlaşdırılıb. "Büdcə sistemi haqqında" qanunun 16.1.4-cü maddəsində mənbələr üzrə qrantlar və transfertlərin göstərilməsi qeyd edilib. Müzakirəyə təqdim olunmuş qanun layihəsində müvafiq maddələrdə hər iki istiqamət üzrə vəsaitlərin məbləği əks etdirilib. Belə ki, layihənin 2-ci maddəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) daxilolmalar 9,2 milyard manat məbləğində, 15-ci maddəsində isə dövlət büdcəsinin kəsirinin maliyyələşmə mənbələrindən biri kimi Avropa Birliyinin qrantından daxilolmalar 29 milyon manat məbləğində göstərilib. 16.1.5-ci maddə ilə ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normalarının əks etdirilməsi nəzərdə tutulub. Qanun layihəsində ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normaları nəzərdə tutulmasa da, qeyd olunmalıdır ki, layihədə dövlət büdcəsi gəlirlərinin cəmi məbləğinin, həmçinin rayonların (şəhərlər) mərkəzləşdirilmiş və yerli gəlirlərə bölgüsü müəyyən edilmiş, həmçinin "Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna ayırmaların proqnoz göstəriciləri əks olunub".
Palata sədri bildirib ki, "Büdcə sistemi haqqında" qanunun 16.1.6-cı maddəsində funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində xərclərin məbləğinin göstərilməsi qeyd edilib və qanun layihəsinin 8-ci maddəsində dövlət büdcəsinin xərcləri funksional təsnifatın yalnız bölmə və köməkçi bölmə səviyyəsində əks olunub, layihənin 9-cu maddəsində isə 2018-ci il dövlət büdcəsinin xərclərinin funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilməsinin nəzərdə tutulduğu göstərilib.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən qrantların, dotasiyaların, subsidiyaların və subvensiyaların məbləğinin əks etdirilməsi ilə bağlı 16.1.7-ci maddənin tələbinə uyğun olaraq qanun layihəsinin 8-ci maddəsində Naxçıvan Muxtar Respublikasının büdcəsinə 281,9 mln. manat və yerli büdcələrə 5,2 mln. manat dotasiya nəzərdə tutulub.
V.Gülməmmədov söyləyib ki, “Büdcə sistemi haqqında” qanunun 16.1.8-ci maddəsində büdcə ssudalarının ümumi məbləği və istiqamətlərinin göstərilməsi qeyd olunub, qanun layihəsində və “Büdcə zərfi” ilə birgə təqdim edilmiş məlumatlara görə növbəti ildə bu istiqamətdə xərc nəzərdə tutulmayıb: “Büdcə sistemi haqqında” qanunun 16.1.9-cu maddənin daxili və xarici dövlət borclarının faizləri və əsas məbləğləri üzrə ödənişlərin göstərilməsi ilə bağlı tələbinə müvafiq olaraq qanun layihəsinin 12-ci maddəsinə əsasən, daxili dövlət borcu üzrə əsas borc üzrə ödənişlərə 23 milyon manat, faiz ödənişlərinə isə 80,2 milyon manat, xarici dövlət borcu üzrə əsas borca görə 1,6 milyard manat, faiz ödənişlərinə 533,6 milyon manat vəsait proqnozlaşdırılıb. Qanunun 16.1.10-cu maddəsində dövlətin üçüncü tərəf qarşısında öhdəliyinin yuxarı həddinin göstərilməsi qeyd edilib, qanun layihəsindən göründüyü kimi, bu istiqamət üzrə müvafiq xərc nəzərdə tutulmayıb. Qanunun 16.1.11-ci maddəsində sair beynəlxalq öhdəliklərin məbləğinin göstərilməsi qeyd edilmiş, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri kimi növbəti ilə 215,1 milyon manat məbləğində vəsait nəzərdə tutulub”.
O qeyd edib ki, “Büdcə sistemi haqqında” qanunun 16.1.12-ci maddəsində ehtiyat fondların məbləğinin əks etdirilməsi nəzərdə tutulub. Müzakirəyə təqdim olunan layihənin 8.14.2-ci maddəsində ehtiyat fondların məbləği 300 mln. manat məbləğində müəyyən edilib: “Qeyd edim ki, ehtiyat fondlar üzrə proqnozlaşdırılmış vəsaitin məbləğinin büdcə xərclərinin ümumi xərclərinə nisbəti “Büdcə sistemi haqqında” qanunda müəyyən edilmiş hədd daxilindədir. Daxili və xarici dövlət borcunun, dövlət zəmanətinin, o cümlədən büdcə ili ərzində cəlb edilən və əvvəlki illərdə alınmış və növbəti büdcə ilinin sonunadək qaytarılması nəzərdə tutulan daxili və xarici dövlət borcunun yuxarı hədlərinin (limitləri) göstərilməsi ilə bağlı 16.1.13-cü maddənin tələbinə uyğun olaraq qanun layihəsinin 13-cü maddəsində daxili dövlət borclanmasının yuxarı həddi (limiti), xarici dövlət borclanmasının yuxarı həddi (limiti), il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) müəyyən edilib. 16.1.14-cü və 16.1.15-ci maddələrin tələblərinə uyğun olaraq “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin 14-cü maddəsinə əsasən müdafiə olunan xərc maddələrinin ilk növbədə, digər xərc maddələrinin isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilməsi nəzərdə tutulub. “Büdcə sistemi haqqında” qanunun 16.1.16-cı maddəsində dövlət büdcəsi kəsirinin yuxarı həddinin məbləğinin əks etdirilməsi göstərilib. Qanun layihəsinin 15-ci maddəsində bu rəqəm 778,7 mln. manat məbləğində nəzərdə tutulub. Qeyd edim ki, 2017-ci illə müqayisədə büdcə kəsirinin təqribən üçdə biri qədər az proqnozlaşdırılması növbəti ildə dövlət büdcəsinin gəlirlərinin xərcləri ilə müqayisədə daha nəzərəçarpacaq templə proqnozlaşdırılması ilə bağlıdır. “Büdcə sistemi haqqında” qanunun 16.1.17-ci maddəsində ARDNF-nin gəlirləri nəzərə alınmadan icmal büdcə kəsirinin yuxarı həddinin məbləğinin göstərilməsi, 16.1.18-ci maddəsində isə icmal büdcənin xərclərinin yuxarı həddinin məbləğinin əks etdirilməsi ilə bağlı tələblərə uyğun olaraq qanun layihəsində bu göstəricilər əks etdirilib. Beləliklə, ümumiləşdirmə apararaq dövlət büdcəsi ilə bağlı təqdim edilmiş qanun layihəsinin müəyyən edilmiş zaman çərçivəsində və qanunvericiliklə təsbit olunmuş tələblərə uyğun hazırlandığını vurğulamaq istərdim”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB