Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınan qatar Mersinə çatıb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınan qatar Mersinə çatıb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Qazaxıstandan yola salınan qatar noyabrın 4-də Türkiyənin Mersin şəhərinə çatıb. Anadolu agentliyi xəbər verir ki, 30 konteynerdən ibarət yük qatarı 1258 kilometrlik məsafəni 30 saata qət edib. Qatarla 600 ton buğda daşınıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu oktyabrın 30-da istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə