“Fitch” agentliyi Venesuelanın suveren reytinqini “C” səviyyəsinədək endirərək Karakasın borc öhdəliklərini yerinə yetirməməsi ehtimalının yüksək olduğunu bəyan edib.
Bundan əvvəl analoji qərar “Standard & Poor's” agentliyi tərəfindən dərc edilib. Agentlik Venesuelanın reytinqini "ССС" səviyyəsindən "СС"-dək azaldıb.
Reytinqin azaldılması rəsmi Karakasın ölkənin xarici borcunun restrukturizasiyası və borc öhdəliklərinin yenidən maliyyələşdirilməsi fonunda baş verib.
Qeyd edək ki, bir çox ekspertlərin rəyinə görə hazırda Venesuelanın xarici borcu 150 milyard dollara çatır.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB