Azərbaycan - Körfəz Ərəb Dövlətləri Əməkşdalıq Şurası üzv ölkələrinin biznes forumu çərçivəsində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxslə (ASİ) Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (KƏŞ) Standartlaşdırma Təşkilatı arasında texniki əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi ASİ-nin Baş direktoru v.i.e. Namiq Tağıyev və KƏŞ-in Standartlaşdırma Təşkilatının Baş katibi Nəbil Molla imzalayıb.

Anlaşma Memorandumu tərəflər arasında standartlaşdırma sahəsində əməkdaşlığın təşviqi, normativ sənədlər, standartlar kataloqu, fəaliyyət planları və kadr mübadiləsi, uyğunluq sertifikatlarının qarşılıqlı tanınması, birgə seminar, treninq və ekspert səfərlərinin təşkili və digər mühüm qarşılıqlı maraq doğuran sahələri əhatə edir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə