SOCAR Rumıniya bazarında yanacaqdoldurma məntəqələrini genişləndirir

SOCAR Rumıniya bazarında yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirir. 2011-ci ildən Rumıniyanın enerji bazarına daxil olan SOCAR ilbəil bu ölkədə yanacaqdoldurma məntəqəsi şəbəkəsini genişləndirməkdədir. SOCAR-ın Rumıniyadakı törəmə “SOCAR Petroleum SA” şirkəti Rumıniyanın mərkəzində yerləşən və turizm mərkəzlərindən biri hesab olunan Braşov şəhərində növbəti, sayca 2-ci “SOCAR” brendli yanacaqdoldurma məntəqəsini istifadəyə verməyə hazırlaşır. Hazırda məntəqədə son tamamlama işləri aparılır. Nəqliyyat vasitələrini benzin və dizel yanacaqları ilə təmin edəcək məntəqədə 3 sayğac quraşdırılıb. Bu da eyni anda məntəqədə 6 nəqliyyat vasitəsinin yanacaqla təchiz edilməsi deməkdir. Bununla yanaşı məntəqə ərazisində “NAR “kafe də fəaliyyət göstərəcək. Kafedə müştərilərə yerli və Azərbaycan məhsulları təqdim edilir. Müştərilər həmçinin 24 saat fasiləsiz internet xidmətindən də yararlana biləcəklər. Hazırda “SOCAR” brendli yanacaqdoldurma məntəqələri Rumıniyanın 42 regiondan 18-ni əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə