ABŞ Federal Ehtiyat Sisteminin (FED) Filadelfiya üzrə rəhbəri Patrik Harker dekabrda uçot dərəcəsinin artırılacağını deyib. Bundan öncə Canet Yellen ilin sonunadək bir faiz artımının olacağına işarə edib. Beləliklə, P. Harker rəhbərinə dəstəyini ifadə edib.

P. Harker əlavə edib ki, 2018-ci ildə üç faiz artımı olacaq.

FED rəsmisi inflyasiyanın 2%-ə doğru yüksələcəyinə inamını ifadə edib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə