Komitə sədri: “Ötən 8 ay ərzində səhm bazarında ticarətin həcmi və sayında sabitləşmə müşahidə olunub”

Komitə sədri: “Ötən 8 ay ərzində səhm bazarında ticarətin həcmi və sayında sabitləşmə müşahidə olunub”
"Hazırda səhm bazarında sabit dinamika müşahidə edilir. Əgər əvvəlki illərdə səhm bazarlarının dinamikası 2-3 rəqəmli rəqəmlərlə ölçülürdüsə, bu ilin ötən 8 ayında səhm bazarında ticarətin həcmi və sayında ötən illlə müqayisədə müəyyən sabitləşmə müşahidə olundu". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı deyib. Bu sabitləşmənin bir neçə faktordan qaynaqlandığını deyən komitə sədri bildirib ki, ilk növbədə özəlləşmə proseslərində müəyyən sabitləşmə var. Onun sözlərinə görə, ənənəvi olaraq təkrar bazara çıxarılan və bütövlükdə kapitalını artıran təsisatlar, xüsusən maliyyə müəssisələri əvvəlki rejimdə yeni səhmləri bazara çıxarırlar.

"Kooperativ istiqrazlara gəldikdə isə bu istiqamətdə bir neçə on dəfələrlə artım var. Burada da bir neçə faktoru qeyd etmək olar. İpoteka Fondu isə öz istiqrazlarını bazara təklif etməkdə davam edir. İkincisi isə maliyyə sektorunun bir sıra təmsilçiləri ötən ilin sonlarından başlayaraq və bu il də daha aktiv olaraq bank kreditləri ilə maliyyə bazarlarından birbaşa maliyyələşməyə doğru meylləniblər. Onlar daha çox borc istiqrazlar buraxmaqla öz fəaliyyətlərini yenidən maliyyələşdirirlər. Bu isə kooperativ istiqrazların həcminə təsir göstərir", - deyə o əlavə edib.

R.Aslanlının sözlərinə görə, faiz dərəcələrinə gəlincə bütövlükdə faiz dərəcələri bir tərəfdən bazarda olan tələb və təklif əsasında formalaşsa və risk amilləri nəzərə alınsa da, digər tərəfdən makroiqtisadi təkliflər və pulun dəyəri ilə əlaqədar bu il ərzində gəlirliklərdə müəyyən dinamika baş verib: "Dövlət kağızlarının gəlirliyi sentyabr ərzində artmağa başlamışdı. 35 günlük kağızların gəlirliyi 46-ya, 1 illik kağızların gəlirliyi isə təxminən 2 dəfə artaraq 100-dən bir qədər aşağı səviyyəyə qalxıb. Bunun nəticəsində dövlət kağızlarının bazarda yerləşmə anbarı da artdı və ona tələblər əvvəlki illərlə müqayisədə daha yüksək səviyyədə idi".

Xarici investorların səhm bazarlarındakı yerinə gəldikdə isə, R.Aslanlı qeyd edib ki, onların bazarlarda yeri pərəkandə deyil, birbaşa investisiyalar nöqteyi-nəzərindən iştirak edirlər. O vurğulayıb ki, bu nöqteyi-nəzərdən xarici investorların səhm bazarındakı davranışında elə də ciddi dəyişikliklər müşahidə olunmayıb. Onun sözlərinə görə, xarici investorların bazarlara qayıdışı onların aktivləşməsi üçün ən azından gələn ilin ortalarınadək gözləmək iqtidarında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə