Rumıniya mətbuatı “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanmasından yazır

Rumıniya mətbuatı “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanmasından yazır

Rumıniyanın AGEPRES milli xəbər agentliyi Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması barədə məqalə yayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin imzalanma mərasimində söylədiyi nitqdən fikirlərin yer aldığı məqalədə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadıldığı qeyd edilir. SOCAR-ın iştirak payının 11,6 faizdən 25 faizə qaldırıldığı diqqətə çatdırılır.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə