Natiq Əiyev: "Bu gün bizim İranın şimalında olan vilayətləri qaz ilə təmin etmək gücümüz var" - MÜNASİBƏT

"Görüş çox səmərəli keçdi. Geniş fikir mübadiləsi apardıq". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında sənaye və energetika naziri Natiq Əiyev deyib.

Nazir onu da qeyd edib ki, İranla bir sıra iqtisadi əlaqələrin inkişafı çərçivəsində razılığa gələcəklər: "İran İslam Respublikası çox təcrubəli bir dövlətdir. Bu sahədə də bir çox işlər görüblər. Azərbaycan isə yeni-yeni təcrübələr qazanır. İnkişaf edən dövlətik. Şübəsiz ki, Azərbaycan hazırda bu cür təcrübəli dövlətlərlə birgə layihələr ətrafında çalışmalıdır. Onu da qeyd edim ki, neft-qaz sahəsində əməkdaşlığımızın böyük tarixi var. Yalnız görüləcək işlər çoxdur. O cümlədən enerji sahəsində. "Araz", "Ordubad" elektrik enerji stansiyaları İmişli-Parsabad elektrik xətləri kimi layihələrimiz var. Eyni zamanda özəl sektora yönəlmək əhəmiyyətli olacaqdır. Potensiyalımız və istəyimiz çox böyükdür".

Natiq Əliyev qaz nəqli barədə bir neçə fikir səsləndirdi: "İran İslam Respublikası Naxçivanı qazla təmin etmişdi. Daha sonra Astara xəttini bərpa etdikdən sonra borcumuzu qaytardıq. Bu gün isə biz İranın şimalında olan vilayətləri qaz ilə təmin etmək gücümüz var. 350-500 milyon kubmetrlik qaz ticarəti əlaqələri yarada bilərik. Yalnız xətlərin ötürmə qabiliyyətini gücləndirib daha çox qaz ötürmək istəyirik Eyni zamanda gələcəkdə İranında xətləri Azərbaycandan Gürcüstana və Avropaya çatdırıla bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...