ABŞ Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) rəhbərinin müavini Stenli Fişer istefa edib. "APA-Economics” xəbər verir ki, S. Fişer istefa məktubunu prezident Donald Trampa təqdim edib. S. Fişer məktubunda istefasının səbəbini açıqlamayıb. Buna baxmayaraq, 73 yaşlı görkəmli maliyyəçi FED-də işləməkdən qürur duyduğunu bildirib.
Müavininin istefasını şərh edən C. Yellen isə bildirib ki, S. Fişer FED-in pul-kredit siyasətində müstəsna xidmətləri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB