Qarayaxma kampaniyası və digər böhtanlar bir mərkəzdən yönləndirilir MÜNASİBƏT

Qarayaxma kampaniyası və digər böhtanlar bir mərkəzdən yönləndirilir MÜNASİBƏT

"Amerika prezidenti Donald Trampın bəzən "qlobal media", bəzən də "beynəlxalq KİV" adlandırılan qəzet, televiziya və agentliklərin saxta informasiya yaymaq üzrə ixtisaslaşmaları haqqında açıqlamalarını yəqin xatırlayanlar var. Cənab Tramp bununla əslində Amerika kəşf etmirdi, Amerikada və bir çox başqa Qərb ölkələrində qlobal media funksiyasını yerinə yetirənlərlə bağlı reallığı dilə gətirirdi. Bu cür media qurumlarının əksəriyyəti çirkin işlərlərə məşğuldurlar, Soros kimi qlobal dələduzların yer aldığı çevrələrə bağlıdırlar və onların sifarişlərini yerinə yetirirlər ki, onu da indi bilməyən yoxdur. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, bu qəbildən olan mediada, məsələn, "Washington Post", The Guardian" və digərlərində Azərbaycanla bağlı mənfi yazılar oxuyanda ikili hiss keçirmək mümkündür: "Təbii ki, insanın özü haqqında böhtan müəyyən narazılıq yaratdığı kimi, bir parçası olduğun məmləkətin haqqında böhtan da o cür reaksiya doğurur. Ancaq eyni zamanda buna sevinirəm də. Ona görə sevinirəm ki, demək, Azərbaycan hakimiyyəti milli maraqları əsas götürərək həmin mənfur çevrələrin yenə də hansısa istəklərini rədd edib.
Əgər nəzər alasaq ki, son günlər başladılan qarayaxma kampaniyasına xeyli sayda qlobal çirkab maşını qoşulub, demək, bütün bunlar bir mərkəzdən yönləndirilir. O mərkəzdən ki, öz maraqlarından başqa maraq tanımır. Həmin maraqlar reallaşanda bunun nəyə aparıb çıxardığını isə biz indi xaos girdabına batan bir çox ölkələrin təcrübəsində görürük.
Onu da görürük ki, həmən medianın sülh göyərçini kimi təqdim edib, Nobel Sülh ödülü verdirib Myanmarın prezidenti seçdirdiyi Aung San Suu Kyi indi minlərlə müsəlmanı orada necə öldürtdürür.
Maraqlıdır, görəsən həmin "Washington Post" və digər çirkab maşınları nədən Myanmarda məhv edilən on minlərin deyil də, bizdə konkret cinayətlərdə günahlandırılan bir neçə adamın "qayğı"sına qalır, bunu qlobal problem kimi təqdim etməyə çalışırlar".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə