Qiymətli metallar bahalaşır
Qızılın qiyməti bahalaşmaqda davam edir. SİA-nın məlumatına görə, dünya bazarında qızılın qiyməti 17.80 dollar və ya 1.4 faiz bahalaşaraq bir unsiyaya görə 1292,10 dollar olub.

Bundan əlavə digər qiymətli metalların da qiyməti bahalaşıb. Belə ki, gümüşün qiyməti 2 faiz artaraq bir unsiyaya görə 21.055 dollar, platinin qiyməti 1.3 faiz artaraq bir unsiyaya görə 1632.90 dollar, palladiumun qiyməti isə 2.2 faiz artaraq bir unsiyaya görə 541.90 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə