Yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 620A nömrəli stasionar dəniz özülündən 2623 nömrəli quyu qazmadan sonra istismara verilibdir. SOCAR - dan SİA - ya verilən məlumata görə, kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul vermiş, 1749-1745 metr intervaldan sutkalıq 13 ton neft hasilatı ilə istismar fonduna qəbul edilibdir.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıbdır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə