“Barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair dərin təhlil aparılaraq dəyərli müşavirə keçirilib. Bir daha bu təhlilər göstərmişdir ki, bu sahənin inkişafı ölkəyə böyük miqdarda valyuta daxil olmasını artırmaqla yanaşı həm də, məhsuldarlığın artması ölkənin iqtisadi inkişafında özünə məxsus yer tuta biləcək prespektivləri üzə çıxarıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib. Onun sözlərinə görə hər 3 sahə kənd təsərrüfatında strateji sahə sayılır: “Tarixən bu sahələr dövlət tərəfindən dəstəklənib və planlı şəkildə sistem üzrə müəyyən olunub. Yəni ənənəvi olaraq, bu sahə dövlətin dəstəyi ilə inkişaf edib və dövlətin bu sahələrin inkişaf etməsində rolu böyükdür. Keçmiş zamanda torpaq islahatının və bu sahədə planlı sistemin olmaması bu 3 sahənin inkişafında tənəzzülə səbəb olub. Xüsusən də bu öz rolunu əkin sahələrinin dəfələrlə azaldılmasında məhsuldarlıq səviyyəsinin aşağı düşməsində göstərib. Təhlillər göstərir ki, bəzən son dövrlərdə bazar iqtisadiyyatı öz strateji istiiqamətlərində və sahələrdə öz tənzimləmə funksiyalarını yerinə yetirə bilir və bu sahələrin inkişafı üçün dövlətin dəstəyi çox mühüm amil sayılır.
Məhz bu baxımdan ölkə başçısının 2016 - cı ildən başlayaraq tütünçülüyün, ipəkçiliyin bir sözlə, kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi sərəncamlar bu sahənin inkişafı üçün kompleks tədbirlər planının hazırlanması və qısa müddət ərzində yenidən dirçəldilməsinə, əkin sahələrinin artırılmasına, məhsuldarlığıın yüksək səviyəyə qaldırılmasına səbəb olub. Son iki il ərzində görülən tədbirlər nəticəsində yığılan məhsulun bir neçə dəfə artırılması, məhsuldarlıq səviyəsinin yüksəldilməsi, əkin və becərmə sahəsində innovativ metodların tətbiqi həm də əkinlə becərən ailə təsərrüfatlarının qısa müddət ərzində hazır məhsul istehsal etməklə böyük miqdarda gəlir əldə etməsinə səbəb olub. Orta hesabla baramaçılıqla məşğul olan hər bir ailə təxminən 30 - 40 gün ərzində 2000 min manatdan çox gəlir əldə etməyə müvəffəq olub. Bu isə ailə təsərrüfatlarının öz məşğulluğunu təmin etməklə yanaşı, həm də öz gəlirlərinin təmin olunmasında çox yüksək göstəricilərdən biri sayıla bilər. Müşavirədə dövlət başçısının verdiyi tapşırıqlar bir daha onu göstərir ki, dövlətin kənd təsərrüfatı və strateji istiqamət saydığı sahələr üzrə gələcəkdə də dövlət dəstəyi daim inkişaf etdiriləcək, subsidiyalar daha da artırılacaq eyni zamanda, bu subsidiyaların dəstək mexanizmi ilə yanaşı son nəticələrə yəni istehsalın həcminin artırılmasına, məhsuldalığın yüksəldilməsinə rəqabətqabiliyyətinin artmasına və ixrac olunmasına yönəlik ilk iqtisadi siyasətin aparılmasına gətirib çıxaraqdır. Bu isə ökənin daimi iqtisadi inkişafının təmin olunmasına dayanıqlı iqtisadiyyat prinsipinə, həm də əhalinin məşğulluq və gəlir səviyyəsinin artırılmasına imkan verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB