Azərbaycanda tütünçülüyün inkişafı üçün lazım olan bütün şərtlər mövcuddur ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə ixracyönümlü və ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində tütünçülüyün inkişaf etdirilməsi də qarşıya qoyulan məqsədlərdəndir.
Bu sahənin inkişafında Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında" Sərəncamı böyük əhəmiyyət kəsb edir. Sərəncam ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək, rəqabət qabiliyyətini yüksəltmək və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Bu da, Azərbaycanda aqrar sektorun ən perspektivli sahələrindən olan tütünçülüyün inkişafı üçün atılan addımların təqdirəlayiq olduğunu göstərir.
Azərbaycanda da tütünçülüyün inkişafı üçün lazım olan bütün şərtlər mövcuddur. Bu sektorda həm böyük ənənə və təcrübə, həm keçmiş strukturdan qalma mütəxəssis bazası, emal fabrikləri, ucuz və yerli xammal əldə etmək və nəhayət, daxili və xarici bazara çıxış imkanları var. Tütünçülüyün inkişafına göstərilən diqqət, onu deməyə əsas verir ki, yaxın perspektivdə istehsalı dəfələrlə artırmaq mümkün olacaq. Bu baxımdan, satış bazarını tapmaq, daxili bazarı tam təmin etmək, sonrakı mərhələdə ixrac imkanlarını genişləndirmək qarşıda duran əsas vəzifədir. Bu məqsədlərə nail olmaq üçün dövlətimizin başçısı hökumət qarşısında ciddi vəzifələr qoyub. Çünki tütünçülük post-neft dövründə ölkə iqtisadiyyatının inkişafını təmin edə biləcək əsas sahələrdən sayılır. Qeyd edək ki, Qax rayonu tütünçülüyün inkişafı baxımdan böyük potensiala malik bölgələrimizdəndir. Sovet dövründə respublika üzrə tütün tədarükünün xeyli hissəsi Qax rayonunun payına düşürdü. Respublikada ən çox tütün tədarükü də həmin dövrə - 1986-cı ilə təsadüf edirdi. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qax rayonuna səfəri çərçivəsində tütün qəbulu məntəqəsində yaradılan şəraitlə tanış olması, bir daha sübut etdi ki, hazırda yeni tütün təsərrüfatlarının salınması, tütünçülüyə dövlət qayğısının getdikcə artması bu sahədə çalışanlara stimul olub. Fermerlərlə bağlanan müqavilələrin sayı da bunu təsdiqləyir. Əgər ötən il fermerlər
tərəfindən məntəqəyə 30 müraciət daxil olmuşdusa, indi bu göstərici 60-ı keçib. Bu il rayonda 6500-7000 ton yaşıl tütün tədarükü gözlənilir. Artıq məntəqədə tütün qəbuluna başlanıb. Yerli fermerlər müxtəlif tütün sortları yetişdirirlər. Üstünlük isə, əsasən, yüksək məhsuldarlığa malik "Virciniya" sortuna verilir. Sahələrdən toplanan yaşıl tütün məntəqəyə qəbul olunduqdan sonra buradakı 60 kamerada bir həftə ərzində qurudulur. Hazırda müəssisədə 90 nəfər işlə təmin olunub ki, bu da əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
"Səs" Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB