Bu gün OPEC ölkələri və quruma daxil olmayan istehsalçıların bir qisiminin iştirakı ilə Abu-Dabidə növbədənkənar iclas keçiriləcək
SİA xəbər verir ki, müzakirələr, əsasən, bəzi ölkələrin istehsalın azadılması ilə öhdəliklərini yerinə yetirməməsi ətrafında olacaq.
“Bloomberg”in araşdırmasına görə, OPEC dövlətlərinin hasilatın azaldılması razılaşmasına əməl etmə nisbəti iyul ayında 86 faizə düşüb. Bu da yanvar ayından indiyə qədər ən aşağı göstəricidir.
Qeyd edək ki, iki gün davam edəcək toplantıya Küveyt və Rusiya həmsədrlik edəcək.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB