Türk nazir: "Qətərə gedən ən yaxşı yol İrandır"

Türk nazir: "Qətərə gedən ən yaxşı yol İrandır"

"Qətərlə quru yol vasitəsi ilə ticarət əlaqələrinin qurulması üçün digər alternativləri fikirləşirik. Amma hazırda ən yaxşı yol layihəni İran vasitəsi ilə reallaşdırmaqdır." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə İqtisadiyyat Naziri Nihat Zeybəkçi jurnalistlərə açıqlamasında deyib.

İrana səfərinin əsas məqsədi Prezident Ruhaninin seçkidən sonra keçirilən andiçmə mərasimdə Türkiyəni təmsil etmək olduğunu söyləyən nazir, mərasimdə Qətərin iqtisadiyyat nazirinin də iştirak edəcəyini bildirib.

“Sabah baş tutacaq səfərdə nazirlər razılığa gəlsə, quru yolla ticarət əlaqələrinin qurulması üçün hər üç ölkə arasında saziş imzalanacaq”, - Nihat Zeybəkçi deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə