İngilis bankı “Standard Chartered”: "ABŞ da böhran gözlənilmir"

İngiltərənin ən güclü banklarından sayılan "Standard Chartered"ın Müşteri Xidmətləri Departamentinin Müdürü Alex Barret bildirib ki, ABŞ da yeni global böhranın baş verməyəcək. SİA-nın məlumatına görə, Alex Barretin fikrincə, dünya iqtisadiyyatını başa düşmək üçün öncə ABŞ iqtisadiyyatına nəzər yetirmək lazımdır. Barret onu da qeyd edib ki, ABŞ iqtisadiyyatı son zamanlar eniş içindədir. Lakin ABŞ iqtisadiyyatında heç bir böhran olmayacaq. Gələn il Amerika bu iqtisadi zəifləmənin öhdəsindən uğurla gələcək. Təbii ki, bir çox ölkələr inkişaflarını artıracaqlar. Ancaq zəifləyən ölkələr də az olmayacaq. O, bəzi Asiya ölkələrinin inkişaf mərhəsəindən geridə qalacağını bildirsədə, Çinin irəliləmə prosesinin sürətlə davam edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...