Bakı banklararası valyuta birjasında hərracların yekunları

Bakı banklararası valyuta birjasında hərracların yekunları

Birjanın elektron hərraclar sistemində (BEHS) sentyabrın 17-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8035 AZN-ə bərabər idi.

Birjadan SİA-ya bildiriblər ki, Birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USDAZN məzənnəsi 1 dollar üçün 0,8037 AZN-ə bərabər olub.

USD/AZN T+0 aləti üzrə 1 204 950 AZN məbləğində əqd bağlanıb. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8037 AZN olub. Gündüz sessiyasında USDAZN T+0 aləti üzrə 24 105 AZN məbləğində əqd qeydə alınıb.

Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8035 AZN olub. Beləliklə, dollar alətləri üzrə hər iki sessiyanın yekunlarına görə 1 530 000 dollar məbləğində əqd bağlanıb, bu isə manat ekvivalenti ilə 1 229 055 AZN təşkil edir.

USD/AZN T+1, T+2, SWAP_USDAZN alətləri üzrə əqd qeydə alınmayıb.

AURAZN və RUB/AZN alətləri üzrə banklar sifariş verməyiblər.

BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 14,67 faiz, ABŞ dolları üzrə isə 14,93 faiz təşkil edib.

BEHS çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında əqd bağlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə