Ağ Ev yaxınlarda Federal Ehtiyatlar Sisteminə (FES) yeni rəhbər axtarışına başlaya bilər. SİA xəbər verir ki, bu barədə Interfax agentliyi “The Wall Street Journal”ına istinadən məlumat yayıb.
Xatırladaq ki, FES-in hazırkı rəhbəri Canet Yellenin səlahiyyət müddəti 2018-ci ilin yanvar ayında bitir. Konqresin bu gün keçiriləcək iclasında Q.Konun FES rəhbərliyinə namizədliyinə dair müzakirələrin aparılacağı istisna edilmir.
Qeyd edilir ki, mənbələrin fikrincə, hazırda FES-in rəhbəri vəzifəsinə ən real namizəd kimi Milli İqtisadi Şuranın rəhbəri Qari Kon göstərilir. Bildirək ki, Qari Kon vaxtilə “Goldman Sachs”un top-meneceri olub.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB