UAZ avtomobilləri geri çağırılır

"Ulyanovsk avtomobil zavodu" MMC Rusiyada 11 mindən çox avtomobili geri çağırıb. SİA-nın məlumatına görə, qərar sükanın hidrogücləndiricisi ilə bağlı qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2014-cü ildə istehsal olunmuş UAZ "Hanter" modellərinə şamil olunur.

Qeyd edək ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə