Azərbaycan xaricə qazı "öz daxili balansından kəsmək" hesabına ödəməyəcək AÇIQLAMA

Azərbaycan xaricə qazı "öz daxili balansından kəsmək" hesabına ödəməyəcək AÇIQLAMA

“Azərbaycan uzaq xaricdəki qaz istehlakçıları qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmək iqtidarındadır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib. Onun sözlərinə görə, nədənsə, son zamanlar bəzi şəxslərdə, buna şübhə edənlərin sayı artmağa başlayıb: “Hazırkı vəziyyət müvəqqəti xarakter daşıyır. Daxili bazarda qazın vəziyyəti gələn ildən tam normallaşmalıdır, çünki həm Azneft, həm SOCAR üzrə əmtəəlik qaz həcmləri artacaq.

"Şübhəlilər" isə bir şeyi nəzərə almalıdır ki, Azərbaycan xarici tərəfdaşları, əsasən də Türkiyədə və Avropadakı istehlakçılar qarşısında öhdəliklərini yalnız "Şahdəniz" dən çıxan qaz hesabına ödəyəcək. Bununla bağlı 25 illik qaz alqı-satqısına dair müqavilə 2013-də imzalanıb və 2018-ci ildən icra olunmağa başlayacaq. Belə ki, Şahdəniz-2 layihəsi çərçivəsində 16 mlrd m3 qaz hasil ediləcək və bunun 6 mlrd-ı Türkiyəyə, 8 mlrd-ı İtaliyaya, və 1 mlrd kub metr olmaqla Bolqarıstan və Yunanıstana ixrac edilməlidir. Şahdəniz-2 layihəsi çərçivəsində Azərbaycanın daxili bazarına qaz satılması nəzərdə tutulmayıb. Belə olan şəraitdə Azərbaycanın xarici istehlakçılar qarşısında öhdəliyinin yerinə yetirəcək”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə