Sahibkarlar İƏT-ə üzv dövlətlərin ticarət sərgisində

Sahibkarlar İƏT-ə üzv dövlətlərin ticarət sərgisində

2018-ci il fevralın 6-da Küveytdə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin ticarət sərgisi açılacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri və sahibkarlar adıçəkilən sərgidə iştiraka dəvət olunurlar. Bu sərgi İƏT-ə üzv dövlətlərin şirkətlərinin məhsullarının və xidmətlərinin təşviqi, о cümlədən ticarət aparılması və yeni tərəfdaşların tapılması üçün əlverişli platformadır.

Sərgi fevralın 10-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə