Türkiyə Prezidenti administrasiyasının himayədarlığı ilə iyulun 9-da İstanbulda 22-ci Dünya Neft Konqresi işə başlayacaq. Dünyanın aparıcı neft və qaz şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçiriləcək konqresdə Azərbaycan da təmsil olunacaq.
Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi konqresdə neft-qaz yataqlarına aid kəşfiyyat işləri, karbohidrogen ehtiyatların emalı, hazır məhsulların daşınması, onların alıcı tərəflərə təhlükəsiz çatdırılması və digər məsələlər ətrafında müzakirələr aparılacaq.(AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB