Nizami rayonu, 32 saylı orta məktəbdə “Son zəng” tədbiri keçirilib
Bu gün Nizami rayonu, 32 saylı orta məktəbdə “Son zəng” tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayonun idarə və müəssisələrinin nümayəndələri iştirak ediblər.
“Son zəng” tədbiri dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra şagirdlərin müşayiəti ilə Azərbaycan Respublikasının üç rəngli bayrağı mərasim keçirilən əraziyə gətirilib.
Məktəbin direktoru Sevda Abdullayeva şagirdlərin yerli və beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlarından danışıb.
Tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov “Son zəng” münasibəti ilə məzunları təbrik edib, onlara gələcək həyatlarında uğur və nailiyyətlər arzulayıb.
Məzunların həyatında yeni mərhələnin açıldığını deyən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva isə onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə atılan bütün addımlarda təmsil olunacaqlarına əminliyini vurğulayıb.
Mərasim məktəbin şagirdlərinin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB