Rusiya Hökuməti nəzdində qanunvericilik komissiyası ölkədə “Tax free” sisteminin tətbiq edilməsi barədə qanun layihəsini təsdiq edib. Bu barədə RF Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Bu qanun tətbiq edildikdən sonra Avrasiya İqtisadi Birliyinə daxil olmayan ölkələrin Rusiyadan alış-veriş edən vətəndaşları da ölkədən çıxarkən malın qiymətindən ƏDV-ni geri alacaqlar.
Eyni zamanda, Rusiya şirkətlərinin əcnəbi vətəndaşlara təklif etdiyi xidmətlərin dəyərinə də ƏDV əlavə olunması aradan götürülür.(AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB