"Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi əldə etsə də, hakimiyyəti ələ keçirən səriştəsiz qüvvələr ölkənin bu dövrdə üzləşdiyi problemlərin öhdəsindən gələ bilmədilər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. Onun sözlərinə görə, AXC-Müsavat rəhbərliyi 1993-cü il iyun ayının əvvəllərində ciddi hərbi-siyasi məğlubiyyətlə üzləşdikdən sonra ölkədə vəziyyət daha da dramatik hal aldı və respublika vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı: "Xalq başa düşdü ki, yaranmış şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik alternativsiz Lider məhz Heydər Əliyevdir.
Həmin dövrdə xalqın Ulu Öndərə olan böyük sevgi və inamını etiraf etmək məcburiyyətində qalan AXC-Müsavat hakimiyyətinin Heydər Əliyevi Bakıya dəvət etməsi də reallıqla bağlıdır.
Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinə sədr seçilməsi isə onun sadəcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş tarixidir. Bu tarix Ümummilli Lider Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür.
Azərbaycan dövlətçiliyinin, milli müstəqiliyinin daimi və dönməz xarakter alması, müstəqil, uğurlu daxili və xarici siyasət, respublikanın beynəlxalq aləmdə nüfuzunun artması, dünya birliyində sivil ölkə kimi tanınması, məhz Ulu Öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyətinin nəticəsi idi.
Bu gün Ümumilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar uğurla davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB