“Bir neçə Ərəb dövlətinin Qətər ilə diplomatik əlaqələrini kəsməsi neftin dünya bazarındakı qiymətinə artıq öz təsirini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bir sıra gözləntilərin əksinə, neftin qiymətində azalmalar müşahidə edilir: “Artıq Brent markalı neftin hər barelinin qiyməti 50 dollardan aşağıdır. Texas markalı neftin bir bareli isə 47 dollara yaxınlaşır. Qiymətin aşağı düşməsi OPEK-ə üzv olan ölkələr arasındakı dimplomatik gərginliklə bağlıdır. Belə ki, bu gərginliyə görə OPEK-in hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi riski dünya bazarına təsir göstərir. Praktik olaraq, “Qətər məsələsi” OPEK üzvlərini iki fərqli cəbhəyə ayırıb. Bu isə tərəflərin neft hasilatının azaldılması ilə bağlı öhdəliklərə necə əməl etməsinin monitorinq imkanlarını xeyli məhdudlaşdırır.
Digər tərəfdən isə, gələcəkdə hasilatın daha böyük həcmdə azaldılması ilə bağlı gözləntilərin də üstündən xətt çəkmiş olur. Səudiyyə Ərəbistanının Qətəri blokadaya alması heç də bu ölkənin neft ixracatında problemlər yaratmayıb. Deməli, dünya bazarında neft təklifi dəyişməyib, amma bununla belə, bazarda qiymətləri azaldan ciddi psixoloji faktorlar var. Körfəz ölkələrində müşahidə edilən son diplomatık gərginlik OPEK-in neft bazarına təsir imkanlarını xeyili məhdudlaşdırmaqla yanaşı, hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini xeyli çətinləşdirib. Bu isə nəticədə qiymətlərin azalmasını stimullaşdırır. Əgər Qətərin neft ixracatında hər hansı azalmalar olmasa, neftin dünya bazar qiymətində daha kəskin enişlər istisna edilmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB