“Azərmemarlayihə” tərəfindən təqdim edilmiş Dövlət standartları təsdiq edilib

“Azərmemarlayihə” tərəfindən təqdim edilmiş Dövlət standartları təsdiq edilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş AZS ГОСТ 21.501-2010 və AZS ГОСТ 21.508-2010 Dövlət standartlarını təsdiq edib.

Komitədən SİA-ya verilən məlumata görə, AZS ГОСТ 21.501-2010 "Tikinti üçün layihə sənədləri sistemi. Memarlıq-tikinti işçi cizgilərinin işlənilməsi qaydaları", AZS ГОСТ 21.508-2010 "Tikinti üçün layihə sənədləri sistemi. Müəssisə, qurğu və mülki-mənzil obyektlərinin baş planlarının işçi sənədlərinin yerinə yetirilməsi qaydaları" standartlarıdır.

"Tikinti üçün layihə sənədləri sistemi. Memarlıq-tikinti işçi cizgilərinin işlənilməsi qaydaları" standartının tələbinə əsasən metal konstruksiyaların işçi cizgilərinin işlənməsində tikinti üçün layihə sənədləri sisteminin müvafiq standartlarını rəhbər tutmaq lazımdır.

"Tikinti üçün layihə sənədləri sistemi. Müəssisə, qurğu və mülki-mənzil obyektlərinin baş planlarının işçi sənədlərinin yerinə yetirilməsi qaydaları" standartı isə müxtəlif təyinatlı müəssisə, qurğu və mülki-mənzil obyektlərinin baş planlarının işçi sənədlərinin tərkibini və yerinə yetirilmə qaydalarını müəyyənləşdirir.

Standartların tətbiq vaxtı 01.09.2010-cu ildən müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə