Sammit Berlində öz işinə başlayacaq AÇIQLAMA

Sammit Berlində öz işinə başlayacaq AÇIQLAMA

Böyük İyirmiliyin (G20) Beyin Sammiti mayin 28-də Berlində öz işinə başlayacaq. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, sammitdə Almaniya, İsveç və eləcə də bir sıra inkişaf etmiş ölkələrin nazirləri ilə yanaşı George Akerlof, Edmund Strother Phelps, Michael Spence kimi Nobel mükafatı almış iqtisadçılar da iştirak edəcəklər: "Tədbirdə qlobal iqtisadi sisteminin üzləşdiyi problemlər, o cümlədən enerji və valyuta bazarlarındakı vəziyyət, sosial və vergi siyasətləri, aqrar məsələlər və proteksianizm kimi mövzualar müzakirə ediləcək. Eyni zamanda tədbirdə qlobal maliyyə sistemi və hətta Türkiyə - Avropa Birliyi kimi məsələlərə də toxunulması nəzərdə tutulur. Sammitdə eyni zamanda dünyanın 100 ölkəsindən dəvət edilən eyni sayda talantlı gənclər ilə beyin mərkəzləri rəhbərlərinin görüşü və müzakirələri nəzərdə tutulub. 3 gün davam edəcək görüşdə eyni zamanda bu ilin iyul ayında Hamburq şəhərində təşkil edləcək G20 ölkələrinin liderlərinin iştirak ilə keçiriləcək sammitində beyin mərkəzlərinin töhvəsi məsələləri də müzakirə mövzusu olacaq. Sammitdə qlobal enerji, maliyyə bazarları ilə bağlı təşkil edilən müzakirələrdə iştirakımız və eləcə də bir sıra panellər üzrə fikirlərimin bölüşdürülməsi nəzərdə tutulub".

Qeyd edək ki, G20-ə hazırda Almaniya sədrlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə