Sevinc Həsənova: "Sahibkarla bağlı yoxlamaların sayı 1000 dəfə azaldılıb"
"Ötən il Azərbaycanda sahibkarla bağlı yoxlamaların sayı 1000 dəfə azaldılıb. Bu da sahibkarların daha sərbəst fəaliyyətini şərait yaradıb". SİA-nın xəbərinə görə, bunu İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Saibkarlarla bağlı maarrifləndirmə işlərinin aparıldığını deyən nazir müavini bildirib ki, bu dövr ərzində sahibkarlara güzəştli kreditlərin verilməsi ilə bağlı geniş tədbirlər həyata keçirilib: "21 regionda 26 işgüzar forum keçirilib. Hesabat dövründə sahibkarların beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədilə tədbirlər genişləndirilib. Bu müddətdə 137 tədbir təşkil olunub ki, bu da Azərbaycanın ixrac potensialının artmasında böyük əhəmiyyət daşıyır".
S. Həsənova qeyd edib ki, Azərbaycanda açıq iqtisadiyyatın olduğu nəzərə alınaraq ötən ildən ölkəmizdə ixracın təşkili istiqamətində prezident tərəfindən imzalanan sərəncam və fərmanların icrası ilə bağlı işlər davam etdirilib: "Ötən il 3 ixrac missiyası həyata keçirilib ki, cari ildə də ixrac təşviqinin genişlənidirilməsi nəzərdə tutulur".
Nazir müavini qeyd edib ki, xarici şoklar 2016-cı ildə ölkə iqtisadiyyatına mənfi təsir göstərməkdə davam edib: "Azərbaycanın ixrac gəlirləri azalıb, bu da ölkənin bank sektorunda problemlər yaradıb. Bunların həlli üçün çevik iqtisadi siyasət tədbirlərinin həyata keçrilməsinə başlanılıb, Maliyyə Sabitliyi Şurası yaradılıb. Əvvəlki illərdə iqtisadiyytın şaxələndirilməsi ilə bağlı görülən tədbirlərin nəticəsi olaraq ötən il ərzində qeyri-neft sənayesi 5%, informasiya və rabitə sektoru 4,5% artıb".
S.Həsənova söyləyib ki, əczaçılıq sənayesinin idxalda xüsusi çəkisi böyükdür: "Əczaçılıq sənayesinin yenidən yaradılması həm daxili tələbatın ödənilməsinə, daha sonra isə ixraca yönəlib. Qeyd edək ki, həm ötən il, həm də bu il ərzində bir əczaçılıq zavodunun təməli qoyulub".
Nazir müavini əlavə edib ki, Azərbaycanın investisiya qoyduğu nəqliyyat, tranzit sahəsi ilə bağlı uğurlar əldə edilməkdədir: "Ötən il Azərbaycan ərazisindən 23 minə yaxın yük atomobili keçib ki, bu da 2015-ci illə müqayisədə 2,2 dəfə çoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB