"Yaxın 3 ildə Azərbaycanda inflyasiya əhəmiyyətli dərəcədə azalacaq"

"Yaxın 3 ildə Azərbaycanda inflyasiya əhəmiyyətli dərəcədə azalacaq"

Yaxın 3 il ərzində Azərbaycanda inflyasiya əhəmiyyətli dərəcədə azalacaq. Trend-in məlumatına görə, bu Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə baş iqtisadçısı Hans Timmerin açıqladığı "Trade in Transition" regional hesabatından məlum olub.

Hesabata əsasən, 2017-ci ildə ölkədə inflyasiyanın həcmi 7,8, 2018-ci ildə 4,2, 2019-cu ildə isə 3,8 faiz təşkil edəcək. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ildə Azərbaycanda inflyasiya 12,4 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə