SOCAR-ın nümayəndə heyəti Tehranda sərgidə iştirak edir

SOCAR-ın nümayəndə heyəti Tehranda sərgidə iştirak edir

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində "İran Oil Show - 2017" 22-ci Beynəlxalq neft-qaz, neft emalı və neft kimyası sərgisi işinə başlayıb. SOCAR-dan SİA-ya verilən məlumata görə, sərgidə Rusiya, Çin, ABŞ, Almaniya, Fransa, İtaliya, Yaponiya, İspaniya, Cənubi Koreya, Türkiyə, Avstraliya da daxil olmaqla dünyanın 37 ölkəsindən 1500 xarici və 2500-ə qədər yerli şirkət iştirak edir. Rəsmi açılış mərasimində İranın neft naziri Bican Zənqane, sərginin əsas təşkilatçısı - İran Milli Neft Şirkətinin icraçı direktoru Əli Kardor və digər rəsmi şəxslər iştirak ediblər. 6-9 may tarixlərində keçirilən sərgidə SOCAR-ın stendi böyük maraq doğurub.

SOCAR-ın nümayəndələri iştirakçılara Azərbaycanın neft və qaz sənayesində baş verən yeniliklər, əldə olunan uğurlar, şirkətin ölkə daxilində və beynəlxalq layihələrdə rolu barədə ətraflı məlumat verib, müxtəlif şirkət nümayəndərinin SOCAR-la əməkdaşlıq imkanları nəzərdən keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə