Bazar ertəsi banklarda Dolların ucuzlaşması müşahidə edilir. SİA xəbər verir ki, saat 09:55-ə olan məlumata görə, GünayBank alışı 1.6750 manatdan 1.6720 manata, satışı 1.6880 manatdan 1.6850 manata, NikoilBank alışı 1.6805 manatdan 1.67 manata endirib, satışı isə dəyişməyib (1.71 manat) olub. Unibank alışı 1.6750 manatan 1.67 manata, Ziraat Bank Azərbaycan alışı 1.6750 manatdan 1.66 manata, satışı isə 1.71 manatdan 1.7040 manata, TuranBank alışı 1.68 manatdan 1.6750 manata, satışı 1.6950 manatdan 1.69 manata, NBC Bank alışı 1.6750 manatdan 1.66 manata, AmrahBank satışı 1.69 manatdan 1.6850 manata, Azərbaycan Sənaye Bankı alışı 1.68 manatan 1.6750 manata endirib. Saat 10:00-a olan məlumata görə, Dolları ən ucuz 1.6850 manata satan banklar GünayBank və AmrahBankdır. "
Qara bazar"da dollar həftəyə ucuzlaşma ilə başlayıb. Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə edilən məlumatlara əsasən, may ayının 1-də səhər saatlarında dolların alışı 1.6600 manata, satışı isə 1.6700 manata düşüb. Bu isə dollarıın 1,2% və ya 2 qəpik ucuzlaşması deməkdir.
Qeyd edək ki, ötən həftə sonu "qara bazar"da ABŞ valyutası 1.6800 manata alınıb, 1.6900 manata satılırdı. Saat 10:00-a olan banklarda Dolların və Avronun alış-satış qiymətlərini təqdim edir. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin bankların filiallarında məzənnələr fərqli ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB