Ukrayna nəticə etibarilə geniş ticarət dövriyyəsinə malik ölkədir. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Ukrayna və İran kənd təsərrüfatı məhsullarının dəmir yolu ilə daşınması barədə razılığa gəliblər: "Qatar marşrutu Gürcüstan və Azərbaycan ərazisindən keçəcək. İlk qatarın bu ilin yayında yola düşəcəyi gözlənilir və test xarakteri daşıyacaq. Belə ki, Ukrayna Avropa, Asiya və Şərq arasında etibarlı tranzit körpü rolunu oynamaq üçün yeni beynəlxalq nəqliyyat dəhlizlərini inkişaf etdirmək istəyir. Hər iki ölkə arasında ticarət dövriyyəsinin artırılması iki dövlət tərəfindən dəmiryolu yükünün və Azərbaycanın tranzit ölkə kimi gəlirlərinin artmasına imkan yaradacaq. Azərbaycanın tranzit ölkə kimi gəlir əldə etməsi hədəflərdəndir. Elə bunun nəticəsidir ki, 2016- cı ilin qeyri—neft yük daşımalarının həcmi 65% artıb. Bu, həm onunla bağlıdır ki, bu müddət ərzində beynəlxalq daşımlar və nəqliyyat dəhlizinin liberallaşmasında addımlar atılıb".
Vüqar Bayramov qeyd edib ki, ilk növbədə qatarla dənli bitkilər daşınacaq. Bu, iki ölkə arasında əməkdaşlıq üçün perspektivli sahədir. Ukrayna yeni beynəlxalq dəhlizlərin işlənməsini həyata keçirməlidir. Bununla yanaşı, nazir rəsmi Tehrandan İran neftinin Ukraynaya nəqlinin mümkünlüyünün nəzərdən keçirilməsi barədə xahiş edib. Bundan başqa, V.Omelyan İran tərəfindən Ukrayna ərazisində neft emalı zavodunun tikintisi barədə düşünməyi xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB