Bankların sayının azalması və ya azaldılması məsələsi yenidən gündəmdədir. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bizim monitorinqlərimiz də göstərir ki, hazırda da öz funksiyalarını tam yerinə yetirə bilməyən banklar var: "Əvvəlki illərdə proqnozlaşdırdığımız kimi, Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq. Təbii ki, bu prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsi vacibdir.
Son müflisləşən 10 bankda sığortalanmayan əmanətlərin verilməsi ilə bağlı çətinliklər qalmaqdadır. Doğrudur, sığortalanan əmanətlərin qaytarılmasında problemlər yoxdur. Amma, sığortalanmayan əmanətlərin verilməsi və eləcə də bank rəhbərlərinin məsuliyyət və öhdəliklərinin gücləndirilməsi ilə bağlı yeni mexanizmlərin işlənib tətbiq edilməsinə ehtiyac var. Bankların sayının azalması prosesinin ağrısız olması üçün isə bankların müflisləşməsi deyil, əsaslı adımlar atılmasına təşviq edilməsi vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB