“Qazprombank” “SOCAR Polimer” layihəsinə 500 milyon dollar sərmayə yatırıb

Qazprombank" SC-nin "SOCAR"la iqtisadi əlaqələri əsasən neft-qaz sektorunu əhatə edir. Bu əlaqələrə cari və perspektiv layihələrin maliyyələşdirilməsi də daxildir.

SİA-nın verdiyi xəbərə görə, bunu aprelin 13-də Bakıda keçirilən Biznes -missiyada "Qazprombank"ın birinci vitse-prezidenti Aleksandr Kaznaçeyev jurnalistlərə müsahibəsində deyib.

"Bakıya, həmçinin "Qazprombank"a daxil olan şirkətlərin maşınqayırma, neft-qaz və kimya sənayesi, informasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyalarını gətirmişik", - deyə A.Kaznaçeyev bildirib.

Onun sözlərinə görə, "Qazprombank" Azərbaycanda həyata keçirilən "SOCAR Polimer" layihəsinə təqribən 500 milyon dollar sərmayə yatırıb. Tikinti işlərinin gedişindən razılığını ifadə edən A.Kaznaçeyev deyib ki, layihə unikallığı ilə seçilir. Ümumiyyətlə isə, "Qazprombank" Azərbaycanda istənilən layihəni həyata keçirməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...