Ramiz Həsənov: "Texniki reqlament haqqında qanun təqdim olunub"

Ramiz Həsənov: "Texniki reqlament haqqında qanun təqdim olunub"

"Dövlətin qarşısında duran əsas vəzifə qeyri-neft sektorunun inkişafı və bundan irəli gələn məsələlərin həllidir". SİA xəbər verir ki, bunu Bakıda keçirilən "Caspian Energy Forum-2017"-də çıxışı zamanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Hәsәnov deyib.

Onun sözlərinə görə, ixrac potensialının gücləndirilməsi sektorun inkişafı baxımından əsas məsələdir: "İxracın təmin edilməsi üçün məhsul və istehsal sahələri olmalıdır. Bunun üçün dövlət tərəfindən böyük işlər görülüb və görülməkdədir. Dövlət tərəfindən infrastruktur baxımından yollar və elektrik şəbəkələri təmin olunub. İş adamları bu infrastrukturdan yararlanmalı, istehsal olunan məhsulu xarici bazarlara ixrac etməlidir. İkinci vacib məsələ istehsal olunan məhsulların ixrac olunan ölkələrin normativ sənədlərinə uyğun olmasıdır. Komitə tərəfindən bu gün bununla bağlı böyük islahatlar aparılır. Biz bu islahatlara 2008-ci ildən başlamışıq. İlk növbədə biz islahatların uyğunlaşdırılması məsələsinə başlamışdıq. 2008-ci ildə Avropa İttifaqı ilə "Tvininq" layihəsini həyata keçirdik. O zaman avropalı ekspertlərin köməyi ilə "Standartlaşma haqqında" qanun hazırladıq. Bundan başqa, "Texniki reqlament" haqqında qanun da hazırlanıb hökumətə təqdim olunub. Təbii ki, o vaxtdan müəyyən zaman keçib, dəyişikliklər olub. İnanıram ki, tezliklə bu qanun qəbul olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə