Hərracda istiqrazlar satılmadı

Bu gün aprelin 11-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 35 milyon manatlıq ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Qiymətli kağızların tədavül müddətli 728 gündür.

Hərrac zamanı 4 investordan 9 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 33,738,400 manat təşkil edib.

Qeyd edək ki, sifarişlər 92.6873 AZN (19.5936%) və 100.0964 AZN (14.9424%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 100 AZN (15.0000%) orta ölçülmüş qiyməti 100.0065 AZN (14.9961%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 12.04.2017 (t+1) tarixində həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 14,998,700 AZN təşkil edib.

Ortamüddətli istiqrazların ödəmə tarixi 09.04.2019-cı ildir.

Bütün xəbərlər Facebook səhifəmizdə