Hərrac başa çatdı- dollar yenidən düşdü

Hərrac başa çatdı- dollar yenidən düşdü

11 aprel 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. SİA xəbər verir ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7029 səviyyəsində formalaşıb. Qeyd edək ki, bu gün rəsmi məzənnə 1.7031 manat səviyyəsindədir. Bu gün səhər banklarda dolların alışı 1.60-1.64 manat, satışı isə 1.6550-1.7050 manat səviyyələrində olub. Dolların satış qiyməti 1.65 manatdan da aşağı düşüb. Bu gün ən baha qiymətə (1.6550 manata) dollar satan Günay Bank satış qiymətini daha da aşağı salıb. Saat 12-dən sonra bank dolların satış qiymətini 1.6480 manat səviyyəsində müəyyən edib. Dollar ən baha qiymətə isə 1.6450 manatdan (Bank Avrasiya) alınır.

Bütün xəbərlər Facebook səhifəmizdə