Hərrac keçiriləcək

Aprelin 11-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. SİA-nın verdiyi məlumata görə, BFB-dən bildiriblər ki, istiqrazların ümumi həcmi 35 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 728 gün, faiz gəliri 15 faizdir. İstiqrazlar 2019-cu il aprelin 9-da ödəniləcək. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə