Manat daha da möhkəmlənəcəkmi? AÇIQLAMA

Manat daha da möhkəmlənəcəkmi? AÇIQLAMA

Milli valyutamızın bazar tarazlığının tapılması bu gün daha çox müzakirə edilən məsələlərdəndir. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, hələlik nə hökumət, nə də Mərkəzi Bank manatın bazar dəyərinin tam olaraq müəyyənləşdiyini bildirmədiyi halda, özəl bank sektorunda fərqli fikirlər var. Aydındır ki, hələlik manatın bazar dəyərinin formalaşdığını demək mümkün deyil. Belə görünür ki, Mərkəzi Bank iyun ayınadək milli valyutanın bazar dəyərinin formalaşmasına nail olmağa çalışır. Mövcud şərtlər (manat bazası, neftin dünya bazar qiymətinin mövcud səviyyəsi, idxalın məhdudlaşdırılması və ya əvəzlənməsi və s.) qalarsa manatın yaxın müddətdə daha az intervallar ilə volatilliyinin olacağı gözlənilir. Amma istənilən milli valyuta bir gün bahalaşıb və bir neçə gün sonra ucuzlaşa bilər. Əksinə, dəyər itirən valyuta müəyyən müddət sonra bahalaşa bilər. Sadəcə, bir günün durumu ilə ümumi vəziyyəti qiymətləndirmək və proqnozlar vermək doğru olmazdı. Milli valyutanın məzənnəsinin dəyişməsinə daha strateji yanaşmaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə