Aydın Əliyev rusiyalı qonaqlarla görüş keçirib

Aydın Əliyev rusiyalı qonaqlarla görüş keçirib

Bakıda Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Regional ofisində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Rusiya Gömrük Xidməti və Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin əməkdaşları ilə görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, Rusiya Gömrük Xidmətinin Ticarət Məhdudiyyətləri,Valyuta və İxrs Nəzarəti İdarəsinin birinci müavini Andrey Ryazanovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfərinfə məqsəd Azərbaycandan Rusiyaya meyvə tərəvəz məhsullarının ixracı ilə bağlı məsələləri müzakirə etməkdir.

Görüşdə Azərbaycanda meyvə tərəvəz məhsullarının o cümlədən pomidor və almanın istehsal həcmi və potensial ixrac imkankarı həmçinin 2017 ci il ərzində pomidor məhsulunun Rusiyaya çatdırılma vaxtı və həcmi müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə