"Rusiya və Azərbaycan nəqliyyat, neft-qaz sektorunda əməkdaşlığı təşviq etməklə, ticarət dövriyyəsinin artırılması üçün fəal şəkildə iş aparır. SİA-nın TASS-a istinaən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Moskva və Bakı ticarət- iqtisadi əlaqələr sahəsində əhəmiyyətli irəliləyiş əldə edib: "2014-cü ildə ticarət dövriyyəsi rekord həddə 4 milyard dollar təşkil edib, lakin sonra əlverişsiz xarici iqtisadi mühiti öz təsirini göstərib. Biz indi nəqliyyat, neft- qaz, aqrar-sənaye, əczaçılıq sahələirini təşfiq etməklə həmin inkişafa nail olmağa çalışırıq".
Lavrov qeyd edib ki, bu məqsədlə ən effektiv vasitələrdən, o cümlədən regionlararası mexanizmlər, biznes dairələri, dövlət və özəl qurumların imkanlarından istifadə edilməsini gözləyirik. XİN rəhbəri iki ölkə arasında investisiya əməkdaşlığının davamlı inkişafına da diqqət çəkib: "Azərbaycan bazarında 600 birgə şirkət, həmçinin yüz faiz rusiyalılara məxsus 200 şirkət çalışır. Azərbaycanda Rusiya investisiyası 1,4 milyard dollar təşkil edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB